Biz Kimik?


         Əlavə Təhsil Mərkəzi artıq özündə elmi dərəcələri olan və elm sahəsində tədqiqatlarını davam etdirmək istəyən mütəxəssislərdən ibarət işçi kollektivini yaratmağa müvəffəq olmuşdur və bu iş bu gün də müvəffəqiyyətlə davam etdirilməkdədir. Nəzərinizə çatdırmaq istəyirik ki, Əlavə Təhsil Mərkəzi Azərbaycan Respublikası Təhsil Nazirliyinin son zamanlar həyata keçirdiyi təhsil islahatları çərçivəsində “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qeyd olunmuş istiqamətlər üzrə müəllimlərin peşəkarlıq səviyyəsinin  artırılması məqsədilə bir sıra layihələr həyata keçirir. Müəssisənin kollektivi təcrübəli təhsil mütəxəssislərinin hazırlanması, onların bacarıq və vərdişlərinin daha da inkişaf etdirilməsi, təhsil siyasətinin uğurla həyata keçirilməsi üçün dəyərli məsləhətlər verilməsi sahəsində də işini müvəffəqiyyətlə davam etdirir. Əlavə Təhsil Mərkəzi bir müəssisə kimi yeni yaranmasma baxmayaraq, artıq ixtisasartırma sahəsində müəyyən işlər görməyə başlamışdır. Belə ki, Əlavə Təhsil Mərkəzi və Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin Konsorsiumu Azərbaycan Respublikasi Təhsil Sektorunun İnkişafi üzrə İkinci Layihə çərçivəsində (kredit nöm. 4394AZ-QCBS-229) Abşeron, Dağliq Şirvan, Quba-Xaçmaz, Şəki-Zaqatala iqtisadi rayonlarinda 2013/2014-cü tədris ilində 5-ci və 6-ci siniflərdə dərs deyəcək fizika fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlim, eyni zamanda Gəncə-Qazax və Yuxarı Qarabağ iqtisadi rayonlarında 2013/2014-cü tədris ilində 5-ci və 6-cı siniflərdə dərs deyəcək və indiyədək təlimdən keçməyən Təsviri incəsənət fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlimlərdə iştirak etmiş və 1681 nəfər fizika müəlliminin, 171 nəfər isə təsviri incəsənət müəlliminin (kredit nö.4394AZ-QCB S -212)  bu kurslardan keçirilməsində bilavasitə iştirak etmişdir.

         Bundan başqa gələcək müəlliflərə yeni dərslik və dərs vəsaitlərinin yazılması texnikalarının öyrədilməsi, problemlərin həlli istiqamətində müəllimlərin araşdırma qabiliyyətlərinin inkişaf etdirilməsi yolları ilə tanış edilməsi, eləcə də tədris prosesində tətbiq olunacaq səmərəli dərsliyin yaradılması üçün təcrübə qazanılması məqsədilə Əlavə Təhsil Mərkəzi tərəfindən 17-22 aprel 2014-cü il tarixlərində beş günlük treninqlər təşkil olunmuşdur. Treninqlər Amerika Birləşmiş Ştatlarında kurikulum dərslikləri üzrə mütəxəssis, beynəlxalq dərəcəli təlimçi Vilyam Leroy Hover (William Leroy Hoover) tərəfindən keçirilmişdir. Bu təlimlərdə 100 nəfərə yaxın müəllimimiz iştirak edərəq, sertifikatlar almışdır.

         Əlavə Təhsil Mərkəzi özündə elmi dərəcələri olan və elm sahəsində tədqiqatlarını davam etdirmək istəyən mütəxəssislərdən ibarət işçi kollektivini yaratmağa müvəffəq olmuşdur və bu iş bu gün də müvəffəqiyyətlə davam etdirilməkdədir. Mərkəzin təlimlərdə müxtəlif fənlər üzrə hazırladıqları təlimçilər müxtəlif təşkilatların xətti ilə  yay kurslarında təlimçi kimi iştirak etmiş, çox gözəl nəticələr əldə etmişlər. Əlavə Təhsil Mərkəzinin bütün əməkdaşları daim öz üzərində işləyərək, bilik və bacarıqlarını günün, zamanın tələblərinə uygun artırır, İKT ilə işləmək vərdişlərini daim günün tələbi  səviyyəsində formalaşdırmağa çalışırlar. Mərkəzin təsisçisi və direktoru Zərifə Dəmirova ABŞ-ın Nyu York şəhərində ZONİ Language Centers-də, Böyük Britaniyanın London şəhərində Wimbledon Language Academy-də ingilis dili kurslarından müvəffəqiyyətlə keçərək, uyğun sertifikatlar almışdır. ƏTM-in əməkdaşları bu gün də öz üzərilərində daim çalışaraq, bilik, bacarıq və savadlarını artırmağa çalışır, müxtəlif mötəbər təşkilatların təlim kurslarında, müxtəlif konfranslarda iştirak edirlər.

         Əlavə Təhsil Mərkəzinin bütün əməkdaşları ulu öndərimiz Heydər Əliyevin siyasi kursunu dəstəkləyir, onun layiqli davamçısı əziz prezidentimiz İlham Əliyev cənablarının Azərbaycan Respublikasının bütün sahələrində olduğu kimi, təhsil sferasında da həyata keçirdiyi mühüm islahatları alqışlayır və bu islahatların həyata keçirilməsində ona hər cür yardımçı olduqlarını fəxr və qürur hissi ilə nəzərinizə çatdırmaq istəyir.

         Son zamanlar Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın elm, təhsil, mədəniyyət sahələrində gördüyü işlər əməkdaşlarımız tərəfindən çox böyük rəğbət və hörmət hissi ilə qarşılanır, onun bu sahələrdə böyük müvəffəqiyyətlə həyata keçirdiyi işlər bütün Azərbaycan xalqı kimi, kollektivimiz tərəfindən yüksək qiymətləndirilir və alqışlanır. Bu sahədə təcrübəmiz, bilik, bacarıq və praktikamız olduğundan Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil sahəsindəki islahatlarının əsas hissələrindən biri  olan ixtisasartırma sahəsində fəaliyyətində yaxından iştirak etmək və nazirliyin son zamanlar həyata keçirdiyi mühüm işlərdə öz töhvələrimizi vermək istərdik.

© Bütün hüquqlar Əlavə Təhsil Mərkəzinə aiddir.
Əlavə Təhsil Mərkəzi